Şimali Koreyada internet kəsilib.
Bakupost.az xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə tədqiqatçı Cuneyd Ali "Reuters" agentliyinə bildirib.
Şimali Koreya Xarici İşlər Nazirliyinin və Mərkəzi Xəbər Agentliyinin saytları da fəaliyyət göstərmir.
"Hazırda Şimali Koreyanın internetində böyük kəsinti var və bu, Çin və ya Rusiyadan keçməsindən asılı olmayaraq bütün marşrutlara təsir göstərir", - o deyib.
Mənbə əlavə edib ki, Şimali Koreyanın bütün internet infrastrukturu internet fəaliyyətinə nəzarət edən sistemlərdə görünmür.