Ru
00:24 / 14 Sentyabr 2020

Bu ölkədə karantin elan edildi

4722
İsraildə son sutka ərzində daha 4 minə yaxın insan koronavirusa yoluxub.

"BakuPost" xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi bu rəqəmin çox narahatedici olduğunu və yenidən karantin rejimi tətbiq etməyə hazırlaşdığı açıqlayıb.

Ölkədə koronavirus pandemiyası başlayandan bəri 152525 nəfər yoluxub, 1101 nəfər isə bu virusdan ölüb.

Səhiyyə Nazirliyi 18 sentyabrda başlayacaq yəhudi bayramından öncə tam karantin elan olunmasını təklif edib.

Qeyd edək ki, Avstriya, Fransa, Gürcüstan və sair ölkələrdə koronavirusa yoluxmada rekord qeydə alınıb. Avstriya artıq ikinci dalğanın başladığını elan edib, Gürcüstan isə kütləvi tədbirləri yenidən qadağan edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər