Ru
19:02 / 17 Yanvar 2026

Bu ölkədə Novruz dövlət bayramı elan edildi

Bu ölkədə Novruz dövlət bayramı elan edildi
Eye

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan yeni prezident fərmanı ilə Novruz bayramı Suriyada rəsmi dövlət bayramı elan edilib.

Bakupost.az xəbər verir ki, fərmana əsasən, bahar və qardaşlığı simvolizə edən Novruz bayramı (21 mart) Suriya Ərəb Respublikasının bütün bölgələrində ödənişli rəsmi tətil günü kimi qeyd olunacaq.

Prezident fərmanında Novruzun ölkədə yaşayan müxtəlif etnik və mədəni icmalar arasında birgəyaşayışın, milli həmrəyliyin və mədəni müxtəlifliyin simvolu olduğu vurğulanır. Qərarın cəmiyyətdə inklüzivliyi gücləndirməyə və mədəni hüquqların tanınmasına xidmət etdiyi bildirilib.

Qeyd edək ki, Novruzun dövlət bayramı elan edilməsi Suriyada uzun illərdir davam edən müzakirələrdən sonra qəbul edilən mühüm siyasi və mədəni qərarlardan biri kimi qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar