Əfqanıstanda ərlərə rəsmi olaraq arvadlarını döyməyə icazə verilib.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, xəsarətlər ciddi hesab edilmədikdə kişilərə intizam zorakılığı tətbiq etməyə icazə verilir:
“Bu zaman qadınlara qorunmaq üçün valideynlərinə müraciət etməsi də qadağan edilib. Döyülmədən sonra zərərçəkmiş ağır xəsarətlərlə xəstəxanaya düşərsə, ər 15 günə qədər həbs cəzası ilə üzləşir”.