Ru
16:36 / 15 May 2026

Bu peşələrin dövrü başlayır - Şirkətlər işçi tapa bilmir

Bu peşələrin dövrü başlayır - Şirkətlər işçi tapa bilmir
Eye

Nvidia şirkətinin rəhbəri Jensen Huang yaxın illərdə santexnik, elektrik və qaynaqçı kimi peşələrə böyük tələbat yaranacağını bildirib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu sahələrin əsas üstünlüyü ondadır ki, süni intellekt və neyroşəbəkələr hələlik bu peşələri tam əvəz edə bilmir. Eyni zamanda, ixtisaslı kadr çatışmazlığı da sürətlə artır.

Məlumata görə, son üç ildə tikinti sahəsində çalışanlara tələbat 30 faiz, qaynaqçılara ehtiyac 25 faiz, elektriklərə tələbat isə 18 faiz artıb.

Jensen Huang hesab edir ki, yaxın illərdə texniki və fiziki əmək tələb edən peşə sahibləri əmək bazarında ən çox axtarılan mütəxəssislərdən birinə çevriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar