Ru
16:27 / 15 May 2026

Əhaliyə şad xəbər - Bu tarixdə giriş pulsuz olacaq

Əhaliyə şad xəbər - Bu tarixdə giriş pulsuz olacaq
Eye

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçiriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.

Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar