Ru
15:00 / 18 Oktyabr 2021

Bu universitetdə də yoluxma aşkarlandı

2994
Azərbaycan Texniki Universitetində 3 tələbədə koronavirus aşkarlanıb.

Bakupost.az -ın məlumatına görə, universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant təhsilə keçib:

"Ancaq universitetdə yoluxma kütləvi deyil. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır".


Qeyd edək ki, sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Qaydalara uyğun olaraq, 18 yaşı tamam olan tələbələrdən və əməkdaşlardan vaksin pasportu, immunitet pasportu və ya əks göstəriş sənədi tələb edilir. Auditoriyaların tutumundan asılı olaraq isə dərslər növbəli təşkil olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər