Bu gün saat 18 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb və ərazi üzrə polis orqanına gətirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur.