19:30
Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir.
Bakupost.az xəbər verir ki, bu haqda Manset.az məlumat yayıb.
Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.
***
Sitat.info bu məlumatla bağlı şairin qızı xanəndə Almaxanım Əhmədli ilə əlaqə saxlayıb.
Xanəndə atasının saxlanılması xəbərinin yalan olduğunu bildirib:
"Yayılan məlumat yalandır. Atam saxlanılmayıb. Bu xəbəri kimin yaydığını bilmirik. Bu barədə mətbuata özü ətraflı məlumat verəcək.
Bu gün atam xəstə olub, telefonu aça bilməyib".
***
Saxlanılması ilə bağlı məlumat yayılan Vüqar Əhməd "Unikal"a açıqlamasında xəbəri təkzib edib.
"Mənim imicimə toxunmaq üçün yalan məlumat yayıblar. Həkimdə olmuşam, sonra telefonumu düzəltdirmişəm. Belə şey qətiyyən olmayıb, ola da bilməz. Vüqar Əhmədi kim saxlaya bilər ki?!".
V.Əhməd xəbərin AMEA-da çalışan iş yoldaşı tərəfindən təsdiq olunması məsələsinə də münasibət bildirib:
"Aygün yalan deyib, belə bir şey olmayıb, qurmadır".