Ru
18:16 / 15 Dekabr 2025

Biləsuvarda dəhşətli qətl: Qadını əslində belə öldürüblər...

Biləsuvarda dəhşətli qətl: Qadını əslində belə öldürüblər...
Eye

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.

Bakupost.Az xəbər verir ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar