Ru
23:27 / 24 Noyabr 2025

“Bu xainlər dərhal həbs olunmalıdır” - Tramp

“Bu xainlər dərhal həbs olunmalıdır” - Tramp
Eye

ABŞ Prezidenti Donald Tramp bir qrup demokrat konqresmeni “xain” adlandırıb.

Bakupost.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkədə paylaşım edərək onları ABŞ ordusunu öz əmrlərinə tabe olmamağa çağırmaqda ittiham edib.

“Zabitlərə mənim əmrlərimi yerinə yetirməməyi tövsiyə edən bu xainlər dərhal həbs olunmalıdır. Bu, ən yüksək səviyyədə üsyana təhrik etməkdir”, – Tramp yazıb.

O, bildirib ki, “üsyana təhrik” ağır cinayət hesab olunur və hüquq sahəsində çalışan çoxsaylı ekspertlərin də onunla eyni fikirdə olduğunu əlavə edib.

Qeyd edək ki, Trampın ittiham etdiyi demokrat konqresmenlərin bir neçəsi keçmiş hərbçi və ya xüsusi xidmət orqanlarının sabiq əməkdaşlarıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar