Ru
16:27 / 08 Sentyabr 2025

Büdcə xərcləmələri iyunda maksimuma çatıb

Büdcə xərcləmələri iyunda maksimuma çatıb
Eye

2025-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin xərcləri 17 milyard 95,6 milyon manat təşkil edib. Bu da proqnozla müqayisədə 1% az, ötən ilin analoji göstəricisi ilə müqayisədə isə 6,5% çoxdur.

Bakupost.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də qeyd olunub.

Bildirilir ki, mart, aprel və may ayları istisna olmaqla, digər 3 ayda xərclərin icrası proqnozdan artıq olub. İlk 6 ayda dövlət büdcəsi xərclərinin həm ən yüksək icra məbləği, həm də ən yüksək icra səviyyəsi iyun ayında qeydə alınıb. İyun ayı üzrə yüksək icra əsasən əməyin ödənişi (əsasən təhsil sahəsi) və müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldilmiş xərclərlə əlaqədar olub.

Ən aşağı icra səviyyəsinin qeydə alındığı may ayında aşağı icra əsasən müdafiə və milli təhlükəsizlik xərcləri, eləcə də dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icra səviyyəsindən təsirlənib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar