Bürclər (14 noyabr)– pul, sağlıq, ailə, eşq və kariyeranızda sizi nələr gözləyir?
Qoç- Özünüzü enerjili hiss edəcəyiniz bir gündür. Ətrafınızdakı hadisələrə diqqət edəcəksiniz. Həyatınızda yeni başlanğıclar etmək üçün gözləməməlisiniz.
Buğa- Düşüncələrinizi dəyişməyə ehtiyacınız var. Özünüzü cəsur hiss edəcəksiniz. İçinizdəki cövhəri sizə ən yaxın olan insanlarla paylaşmalısınız.
Əkizlər- Yaxın münasibətlərinizdə gözəlliklərin önəmi böyükdür. Uyğun və gözəl danışan insanlar diqqətinizi çəkir. Bu gün insanlarla ünsiyyətinizdə olduqca rahat hərəkətlər sərgiləyir, qarşınızdakı şəxslərin də rahatlığını təmin edirsiniz.
Xərçəng- İşinizə göstərdiyiniz diqqət sizə müsbət təsir edir və başqa məsələlər haqqında da bilgi sahibi olmağınıza şərait yaradır. Maddi durumlarda özünüzü güclü hiss edir, daha cəsur davranırsınız.
Şir- Bu gün yollarla bağlı planlarınız var. Əlaqələrə önəm verəcəksiniz. Ani əsəbdən uzaq qalmalısınız. İstəklərinizə bir şəkildə çatacaqsınız.
Qız- Gizliliklərə önəm verəcəyininz bir gündür. Duyğusal məsələlərdəki istəklərinizin yanlış anlaşılmasını istəmirsinizsə, özünüzü daha yaxşı ifadə etmənin yollarını tapmalısınız. Qarşı tərəfin düşüncələri önəm qazanacaq.
Tərəzi- Güclü şəxslərin iş birliyi ilə bəzi yenilikləri həyatınızda hiss edəcəksiniz. Təşkilati işləri sevdiyiniz üçün dostlarınızı diqqətlə seçəcək və ortaq işlərinizi onlarla başlatmaq istəyəcəksiniz.
Əqrəb- Birlikdə çalışdığınız insanların fikirlərini dinləmək məcburiyyətində deyilsiniz. Bütün enerjinizi onları inandırmaq üçün sərf etməyin. Hadisələri izləyin, zamanlamada tələsməyin.
Oxatan- Bu dönəmdə müsbət tərəflərinizi ortaya çıxaracaqsınız. Enerjiniz sizi dəstəkləyəcək. Yaşam səviyyəniz və istəklərinizdə artım yaşanacaq. Düşüncələrini paylaşarkən yanlış anlaşıla bilərsiniz.
Oğlaq- Seçimlərini, vərdişlərini uzlaşdırarkən uğurlarınızı yenidən gözdən keçirin. Hazırda hansı nöqtədə olduğunuzu müəyyələşdirməlisiniz.
Dolça- Partnyorlarınız istəklərinə qarşı çıxmazdan əvvəl məsələnin nə olduğunu dinləməyə diqqət edin. Rahat və inadçı xüsusiyyətlərinizi önə çıxarmaq səhv etməyiniziə səbəb ola bilər. Hisslərinizə təslim olmayın.
Balıq- İş həyatınızda gözlədiyiniz vəzifələrə yaxınlaşmanız asandır. Planlarınızı doğru şəkildə qurmalısınız. İş yoldaşlarınızın köməkləri sizi xoşbəxt edir. Yeniliklərin olması yaxındır.
Aynur
BakuPost