Ru
11:33 / 16 Avqust 2025

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu - FOTO+VİDEO

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu - FOTO+VİDEO
Eye

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 №-li kitabxana filialı “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir təşkil edib.

Bakupost.az xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxışında bildirib ki, dövlət başçısı İlham Əliyev Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam imzalayıb. Lətifə Məmmədova Xalq şairinə Ulu Öndər tərəfindən çox dəyər verildiyini vurğulayıb, şairin yaradıcılığı, Şəkidəki Ev muzeyi, M.Kaşqari adına Beynəlxalq fond tərəfindən Şəkidə B.Vahabzadənin 100 illik yubileyinə həsr olunan Beynəlxalq konfrans haqqında qısa məlumat verib.

4 №-li kitabxana filialının müdiri Kamilə Novruzova B.Vahabzadənin həyat və yaradıcılığının əsas məqamlarına toxunub.

Şair Aləmzar İlay çıxışında B.Vahabzadənin Vətənə, xalqa bağlılığından danışıb. O, bildirib ki, B.Vahabzadənin Vətən haqqında şeirləri hər birimizə örnəkdir.

“Qızıl qələm” mükafatı laureatı, şair Natella Nur B.Vahabzadə ilə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, şairlə ilk dəfə tələbəlik illərində görüşüb və B.Vahabzadə ona avtoqraflı kitab bağışlayıb, həmçinin adının sonuna “Nur” yazılmasını tövsiyə edib.

Tədbirdə B.Vahabzadəyə həsr olunan videoçarx izlənilib:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar