Ru
23:18 / 02 Aprel 2021

Çay evində qəlyan çəkənlər cərimələndi FOTO

2622

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “No name” çay evində qəlyandan istifadə edilməsi barədə polis orqanlarına məlumat daxil olub.


“BakuPost” xəbər verir ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.

Obyektin icarədarı Səbuhi Nağıyev və daha beş müştəri polislər tərəfindən saxlanılıb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və hər biri cərimə olunublar.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər