Ru
00:00 / 07 Oktyabr 2020

Cəbhə xülasəsi: "Mübarizəmizi davam etdirəcəyik"

59270
Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

“BakuPost” 10 gündür davam edən müharibənin oktyabrın 6-na olan xülasəsini təqdim edir:

Səhər saatlarında Ermənistan Milli Məclisinin birinci vitse-spikeri Vahe Enfiacyan özünün "Facebook" səhifəsində "Dəhşət" ləqəbli polkovnik-leytenant Artur Qalstyanın öldüyünü bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, gecə saatlarında Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.

Vaqif Dərgahlı açıqlamasında bildirib ki, Azərbaycan Ordusu gecə boyu Cəbrayıl-Füzuli istiqaməti də daxil olmaqla, cəbhə boyu bütün istiqamətlərdə tam üstünlük nümayiş etdirərək, düşmənə ağır zərbələr endirib.

Saat 10:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmən işğalından azad edilən Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntülərini yayıb:
Saat 12 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib. Növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib. Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Gün ərzində Ermənistan ordusunun son 9 gündə 222 hərbçi itirdiyi barədə açıqlama yayılıb. Bu barədə işğalçı ölkənin “Əsgər Ailələri” Sığorta Fondu məlumat yayıb.

"Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Saat 12:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutub, dinc sakinləri hədəf alıb. Səhər saatlarından başlayaraq ermənilər Tərtər şəhərinə 130-dan çox top mərmiləri atıb. Nəticədə mülki evlərə, mülki obyektlərə ziyan dəyib.

Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb. Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Saat 14 radələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə xarici muzdlu-terrorçuların iştirakını sübut edən növbəti faktlar təsbit edilib. Nəticədə daha iki əcnəbi muzdlu-terrorçu məhv edilib.

Saat 19 radələrində Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayaraq, Ermənistan silahlı qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutduğunu bildirib.

Həmçinin Azərbaycan Ordusunun bölmələri düşmənə məxsus yeni zirehli texnikalar ələ keçirdiyi açıqlanıb:
Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edib.

Müdafiə Nazirliyinin saat 20 radələrində keçirdiyi brifinqdə nazirliyin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə birlikdə dağıdılıb.

20:31 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub.

Bir neçə dəqiqə sonra Azərbaycanın Müdafiə Nazirliyi ələ keçirilən düşmən postu və qənimətlərin yeni görüntülərini yayıb:
"Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa".

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Saat 22:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.
Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisində təcili tibbi yardım avtomobilinin yaxınlığına düşüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur, araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər