Ru
17:07 / 01 Yanvar 2026

Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlandı

Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlandı
Eye

Cəlilabadda gənclər arasında düşən mübahisə nəticəsində 1 nəfər bıçaqlanıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində yerləşən seyrəngahda qeydə alınıb.

Məlumata görə, münaqişə zəminində rayonun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü M. Əsgərəli bıçaq xəsarətləri alıb. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılaraq cərrahi əməliyyata alınıb. Hazırda yeniyetmənin vəziyyətinin stabil olduğu bildirilir.

Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar