Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində “VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.