Ru
09:47 / 05 Yanvar 2026

Cəlilabadda məmurun meyiti qardaşının evindən tapıldı - FOTO

Cəlilabadda məmurun meyiti qardaşının evindən tapıldı - FOTO
Eye

Cəlilabadda evdə meyit tapılıb.

Bakupost.az xəbər verir ki,hadisə gecə saatlarında rayon ərazisində baş verib.

Belə ki, rayon sakini, 1990-ci təvəllüdlü Ziya Muradovun meyiti şəhər ərazisində qardaşına məxsus evdə aşkar olunub. 

Ölümün səbəbi hələlik dəqiq məlum deyil. Mərhumun evli olduğu bildirilir. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Z. Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışırdı.







Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar