Ru
16:43 / 06 Yanvar 2026

Tanınmış boksçu "İlin hakimi" seçildi

Tanınmış boksçu "İlin hakimi" seçildi
Eye

Azərbaycanın tanınmış boksçusu və Beynəlxalq Boks Assosiasiyasının (İBA) beynəlxalq dərəcəli referesi Fuad Aslanov "İlin hakimi” seçilib.

Bakupost.az "Qaynarinfo"- ya istinadən xəbər verir ki, "İlin hakimi” Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının idman azarkeşləri və mütəxəssislər arasında keçirdiyi rəy sorğusuna əsasən müəyyənləşib.

Fuad Aslanov 28 iyun 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. O, 2004-cü ildə Yunanıstanln paytaxtı Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarında boks üzrə bürünc medala sahib olub.

Boksçu bu uğuruna görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.

Fuad Aslanov hazırda "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGŞM) direktorudur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar