Ru
08:37 / 19 Avqust 2025

Çempionlar Liqası: "Qarabağ” vacib oyuna çıxır

Çempionlar Liqası:  "Qarabağ” vacib oyuna çıxır
Eye

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olacaq.

Bakupost.az xəbər verir ki, Budapeşt şəhərindəki "Qrupama Arena"da təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matç Joau Pedru da Silva Pineyruya həvalə olunub.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

Play-off mərhələsi

19 avqust

23:00. “Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: Joau Pedru da Silva Pineyru, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra.
VAR: Tyaqu Brunu Lopes Martinş.
AVAR: Fabiu Oliveyra Melu.
Budapeşt. "Qrupama Arena”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar