Ru
12:38 / 16 Aprel 2026

Cərrahi üsulla getməliyik, kimyaterapiya effekt vermir - Paşinyan

Cərrahi üsulla getməliyik, kimyaterapiya effekt vermir - Paşinyan
Eye

Bir çox sahələrdə mafiyaya qarşı mübarizə aparırıq, bu mafiyanın bütün yerlərdə metastazları var.

Bakupost.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, bu mafiya şəbəkəsi parlament, hökumət, prokurorluq sistemi, məhkəmə, istintaq orqanları və digər strukturlarda yayılıb:

“Artıq cərrahi üsulla getməliyik, kimyaterapiya effekt vermir. Artıq bəsdir, xalqın əsəblərini nə qədər korlamaq olar?”.

Ermənistan Baş naziri dünən də parlamentdə sülh prosesindən və Azərbaycandan yanacaq tədarükündən danışarkən buna qarşı çıxan yerli müxalifəti “mafiya” adlandırmışdı:

“Ermənistanda neft məhsulları bazarında monopoliyanın aradan qaldırılması ilə bağlı səkkiz illik prosesə son qoyan son amil məhz budur. Vətəndaşlarımız soruşurlar: niyə səkkiz il? Cavab çox sadədir: çünki biz təkcə tədbir görmürük, sözün əsl mənasında, bəzən fərqli yerlərdə fərqli qolları olan mafiya ilə mübarizə aparırıq”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar