Ru
13:24 / 11 İyun 2026

Ceyranbatanda dəhşətli hadisə: arvadını başqası ilə tutan şəxsin qisası - VİDEO

Ceyranbatanda dəhşətli hadisə: arvadını başqası ilə tutan şəxsin qisası - VİDEO
Eye

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində qısqanclıq zəminində baş verən hadisə böyük müzakirələrə səbəb olub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, qəsəbə sakini evinə gəldikdə həyat yoldaşını başqa kişi ilə yaxalayıb.
Həmin şəxs avtomobili ilə hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin qəzəblənən ər özünün "BMW X5" markalı avtomobili ilə onun qarşısını kəsərək təqibə başlayıb. Təqib zamanı o, "X5"lə qarşı tərəfin avtomobilini vuraraq sıxışdırıb. Nəticədə minik avtomobili idarəetmədən çıxaraq divara çırpılıb və ciddi zədələnib.

Hadisə şahidlərinin sözlərinə görə, vəziyyətin daha da təhlükəli xarakter aldığını görən şəxs avtomobildən düşərək qaçıb.

Bildirilir ki, təqib edən şəxs avtomobili dəfələrlə vuraraq tam yararsız hala salıb.

Hadisənin görüntüləri ətrafdakı şəxslər tərəfindən lentə alınıb.

Məlumata görə, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azər, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar