Ru
20:13 / 17 Yanvar 2026

“ChatGPT” də reklam göstərməyə başlayır

“ChatGPT” də reklam göstərməyə başlayır
Eye

“OpenAI” “ChatGPT” platformasında istifadəçi söhbət tarixçəsinə əsaslanan reklamları göstərməyə başlayacağını açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu yeniliklə paralel olaraq şirkət ayda 8 dollar qiymətində “Go” adlı yeni abunə paketini təqdim edir.

“Go” paketi mövcud “Plus” və “Pro” seçimlərindən daha əlverişli olub, istifadəçilərə daha uzun yaddaş və daha çox visual yaratmaq imkanı təmin edəcək.

“OpenAI”nin baş direktoru Sam Altman əvvəllər reklam modelinə qarşı ehtiyatlı yanaşsa da, şirkətin növbəti səkkiz il ərzində süni intellekt infrastrukturu üçün 1,4 trilyon dollarlıq büdcə öhdəliyini yerinə yetirmək məqsədilə yeni gəlir mənbələrinə ehtiyacı olduğu bildirilir.

Platformadakı reklamlar “ChatGPT”nin cavablarının altında “sponsorlu” etiketi ilə göstəriləcək. “OpenAI” vurğulayır ki, reklamlar cavabların məzmununa təsir etməyəcək və istifadəçi məlumatları reklamçılara satılmayacaq.

İstifadəçilər istədikdə söhbət tarixçəsinə əsaslanan reklam fərdiləşdirməsini söndürə bilərlər. Bundan əlavə, sağlamlıq, əqli sağlamlıq və siyasət kimi həssas mövzularda reklamlar göstərilməyəcək.

Süni intellekt və reklamın birləşməsi, istifadəçilərin məlumatlarının emalı ilə bağlı mübahisələrə səbəb olub.

“OpenAI” 18 yaşdan kiçik istifadəçilərə reklam göstərməyəcəyini açıqlayıb. Şirkət istifadəçilərin yaşını müəyyən etmək üçün söhbət vərdişlərini analiz edən süni intellekt sistemlərindən istifadə edir.

Bu addım “OpenAI”nin “ChatGPT”ni gündəlik həyatın daha ayrılmaz bir hissəsinə çevirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Oxşar şəkildə texnologiya nəhəngi “Meta” ötən ilin dekabr ayında süni intellekt vasitəsilə yaradılan söhbətlərdən reklam hədəfləməsi üçün məlumat toplamağa başladığını açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar