Ru
18:50 / 17 Yanvar 2026

İranda bəzi istifadəçilər üçün internet bərpa olundu

İranda bəzi istifadəçilər üçün internet bərpa olundu
Eye

İranda bir neçə gün ərzində dayandırılan internet xidməti bəzi istifadəçilər üçün yenidən açılıb.

Bakupost.az xəbər verir, bu barədə "Mehr" məlumat yayıb.

"Terrorçular tərəfindən təşkil olunan qarışıqlıqlar səbəbindən ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə gün internet dayandırılmışdı. Bu tədbir vəziyyətə nəzarəti təmin etmək üçün mühüm rol oynayıb. İndi isə internet bəzi müştərilər üçün yenidən açılıb",- məlumatda bildirilib.

Qeyd edək ki, İran hökuməti yanvarın 8-də interneti tam olaraq dayandırmış və bəzi bölgələrdə telefon rabitəsini də məhdudlaşdırmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar