“OpenAI” bir müddət əvvəl “ChatGPT” daxilində reklam sistemini istifadəyə verəcəyini açıqlayıb. Şirkət indi bu sistemi Avropanın 31 ölkəsində tətbiq etməyə hazırlaşır.
"Bakupost" Sfera.az-a istinadla xəbər verir ki, “ChatGPT Ads” adlandırılan reklam sisteminin avqustun son həftəsində Almaniya, Fransa, İspaniya, İtaliya, İsveç, Norveç, Danimarka, Niderland və Avstriya da daxil olmaqla 31 Avropa ölkəsində istifadəyə veriləcəyi bildirilib. “OpenAI” hələlik bütün ölkələrin tam siyahısını açıqlamayıb.
Şirkətin məlumatına görə, reklamların əsas məqsədi “ChatGPT”-yə pulsuz və daha aşağı qiymətə çıxışı dəstəkləməkdir. Reklamlar yalnız “ChatGPT”-nin pulsuz versiyasından və Go planından istifadə edən şəxslərə göstəriləcək.
Plus, Pro və Enterprise abunəçiləri isə reklam sistemindən kənarda qalacaq.