Ru
13:12 / 02 Sentyabr 2026

“ChatGPT”də nə yazdığınıza diqqət edin: Məhkəməyə çıxa bilər

“ChatGPT”də nə yazdığınıza diqqət edin: Məhkəməyə çıxa bilər
Eye

ABŞ-də “ChatGPT” ilə aparılan yazışmaların məhkəmə işlərində sübut kimi istifadə edildiyi hallar ortaya çıxıb.

“Bakupost” xəbər verir ki, bəzi hallarda istifadəçilərin “ChatGPT” yazışmaları telefon və ya kompüterlərindən əldə edilərək hüquqi proseslərə daxil edilib.

ABŞ-nin Missuri ştatında bir tələbənin “ChatGPT”yə yazdığı mesajlar polis tərəfindən telefonunda aşkarlanıb və istintaqda istifadə olunub.

Bəzi hallarda isə süni intellekt şirkətləri təhlükəli davranışlarla bağlı söhbətləri hüquq-mühafizə orqanları ilə paylaşa bilər. “OpenAI” real təhlükə yarada biləcək hallarda polisə məlumat verə bildiyini açıqlayıb.

Bu hallar süni intellekt çatbotlarında aparılan yazışmaların hüquqi proseslərdə istifadə oluna biləcəyini göstərir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar