Azərbaycanda yanvarın 2-də cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.
Bu barədə
Bakupost.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmçinin ötən gün ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 2, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.