Ru
09:11 / 17 Oktyabr 2025

Çindən ağcaqanadlarla yeni təhlükəli virus yayılır

Çindən ağcaqanadlarla yeni təhlükəli virus yayılır
Eye

Çindən ABŞ-yə ağcaqanad vasitəsilə çikunqunya qızdırması gətirilib.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Nyu-York ştatının səhiyyə komissarı Ceyms Makdonald məlumat yayıb.

Hadisə Hempsteddə qeydə alınıb, 60 yaşlı qadın çikunqunya xəstəliyinə yoluxub. Qadının sözlərinə görə, o, ölkə hüdudlarından kənara çıxmayıb.

Bildirilib ki, ağcaqanadlarla yayılan çikunqunya əl və ayaq oynaqlarında güclü ağrılar yaradır və bir neçə ay müddətinə iflic vəziyyətinə gətirib çıxara bilir.

Qeyd edək ki, bu ilin əvvəlindən 16 ölkədə çikunqunyaya 317 mindən artıq yoluxma və 135 ölüm faktı qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar