Ru
18:05 / 21 Oktyabr 2019

Çingiz Abdullayev oxucularla görüşdü - FOTO

Çingiz Abdullayev oxucularla görüşdü -   FOTO
Eye


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin 60 illik yubileyi ilə əlaqədar oxucuları ilə görüşü keçirilib.


Bu barədə BakuPost-a Baş İdarədən məlumat verilib. Bildirilib ki, görüşdə Ç.Abdullayev tədbir iştirakçıları ilə səmimi ünsiyyət quraraq, onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında məlumat verib. Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Səmimi ab-havada keçən görüşdə tanınmış yazıçı oxucuların çoxsaylı suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib.

Sonda Xalq yazıçısı tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib, kitablarını imzalayıb və xatirə şəkilləri çəkilib.









Günel
BAKUPOST



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar