Ru
19:36 / 10 Noyabr 2025

Çoban iti 83 yaşlı kişini parçalayaraq öldürdü

Çoban iti 83 yaşlı kişini parçalayaraq öldürdü
Eye

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

Bakupost.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Mahamalar kəndində baş verib.

Sakin, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib. Ağır xəsarətlər alan 83 yaşı M.Atayev hadisə yerində ölüb.

Məlumata görə, it bir neçə ay əvvəl də M.Atayevə hücum edərək onu yaralayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar