Ru
18:04 / 12 Sentyabr 2019

Çukurova Dövlət Simfonik Orkestri Bakıda çıxış edəcək

1247

Sentyabrın 27-də Bakıda Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək.


M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından BakuPost-a verilən məlumata görə reallaşacaq konsertin dirijoru, Xalq artisti Yalçın Adıgözəlov olacaq.


Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi festivalı çərçivəsində təşkil olunacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokacdır.


Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər