Ru
09:51 / 16 Dekabr 2025

Dağlıq ərazilərə qar yağıb – FAKTİKİ HAVA

Dağlıq ərazilərə qar yağıb – FAKTİKİ HAVA
Eye

Dekabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Bakupist.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin bəzi rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.

Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 sm-dir.

Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir.

Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar