Ru
15:51 / 30 Oktyabr 2018

Daha bir avtobus qəzası - Yaralılar var

Daha bir avtobus qəzası -  Yaralılar var
Eye

Binəqədi-Novxanı yolunda, "Duz gölü" adlanan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.



BakuPost Movqe.az-a istinadən xəbər verir ki, hadisə VAZ 21099 markalı avtomobilin sərnişin avtobusuna çırpılmasından sonra baş verib. Hadisə şahidləri bildirib ki, Binəqədi-Novxanı yolu ilə hərəkətdə olan sərnişin avtobusu yolun hərəkət hissəsində qəfil saxlayaraq yolda sərnişin düşürdüb. Bu zaman həmin istiqamətdə hərəkətdə olan VAZ 21099 markalı avtomobil avtobusa çırpılıb. Bundan sonra zəncirvari qəza hadisəsi baş verib. Həmin istiqamətdə hərəkət edən "Şaqman" markalı yük maşını VAZ 21099-çırpılıb. Zəncirvari qəza nəticəsində sərnişin avtobusu sürücüsü ağır, sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıblar.

 

VAZ 21099 markalı avtomobilin içərisində olan üç nəfər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar