Ru
16:41 / 09 İyun 2025

Daha bir dələduzluq edən taksi sürücüsü saxlanıldı

Daha bir dələduzluq edən taksi sürücüsü saxlanıldı
Eye

Səngəçal terminalına işə düzəldəcəyini vəd edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən taksi sürücüsünə hökm oxunub.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə olunan İ.R.-ya 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 7 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İş matetiallarından məlum olur ki, zərərçəkmiş H.Q. müştəri kimi taksi fəaliyyəti ilə məşğul olan İ.R.-nın maşınına minib. Yolda H.Q. işindən narazılıq edib. Taksi sürücüsü onu Səngəçal terminalına işə düzəldə biləcəyini deyib. H.Q. ona inanaraq bir neçə gün sonra görüşüb. İ.R. ona 1000 manat müqabilində işini həll edəcəyini deyib. Zərərçəkmiş razılaşıb və deyilən məbləği ona verib.

Lakin İ.R. verdiyi vədi yerinə yetirməyin. H.Q. hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə prosesi zamanı İ.R. verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar