Ru
15:10 / 12 İyun 2025

"Kərimə" dövləti qurmaq istəyən terrorçulara HÖKM OXUNDU

"Kərimə" dövləti qurmaq istəyən terrorçulara HÖKM OXUNDU
Eye

Terrorçuluqda ittiham olunan özlərini "Qisas qrupu" adlandıran 13 nəfərlik qrup üzvlərinin yekun məhkəmə iclası keçirilib.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilənlərə hökm oxunub. Hökmlə Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16 il, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusif Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay və Mir Vasid Əliyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, cinayət işinin materiallarından məlum olub ki, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Axundzadə Rufulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası ərazisində "Kərimə" adlı şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması məqsədilə "Telegram" ani mesajlaşma sistemində Şıxaliyev İlham Kamal oğlu tərəfindən yaradılmış "Qisas" adlı gizli qrupun üzvləri Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hərbi və digər təyinatlı obyektlərin fotoçəkilişlərini aparmaq, əldə edilmiş məlumatları hazırda xarici ölkədə məskunlaşmış Rufulla Axundzadəyə və onun oğlu Əlimürsəl Axundzadəyə göndərmək, eləcə də Azərbaycan Respublikasının ictimai və siyasi xadimlərinin həyatına sui-qəsd etmək üçün tapşırıqlar alıblar.

Sabiq təhsil naziri Misir Mərdanov və "Real TV"nin rəhbəri Mirşahin Ağayev cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. Təqsirləndirilən şəxslər onlara istinad edilən əməllərlə bağlı istintaq zamanı dəfələrlə etirafedici ifadələr veriblər. Cinayət işinin materiallarında həmin şəxslərin Rufulla Axundzadə qarşısında sədaqət andı içmələrinə dair videomateriallar, cinayət əməllərinə dair müxtəlif yazışmalar, səs yazıları, eləcə də hərbi və digər təyinatlı obyektlərin məkan məlumatları və fotoçəkilişlərinin aparılmasına dair materiallar mövcuddur.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

DTX-də istintaqı yekunlaşdırılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci madddələri ilə ittiham irəli sürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar