Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalanların olduğu bildirilir.
Bakupost.az xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin ölkənin qərbində yerləşən Əhmədabad şəhərindəki hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərin bəziləri sağ qalıb. Telekanal yaralı insanların təxliyə edildiyini bildirib.
İlkin məlumata görə, Əhmədabaddan Londona uçarkən qəzaya uğrayan "Boeing 787 Dreamliner" təyyarəsində 12-si ekipaj üzvü olmaqla 242 nəfər olub.
Şirkətin açıqlamasında hadisənin təfərrüatlarının araşdırıldığı bildirilib.
“Reuters” Hindistanın aviasiya tənzimləyicisinə istinadən xəbər verib ki, Əhmədabadda qəzaya uğrayan “Air India” təyyarəsi yerə düşməzdən əvvəl hava limanından kənara uça bilib:
“Biz Hindistanın aviasiya tənzimləyicisindən yenilikləri alırıq, onlar bildirib ki, təyyarə havaya qalxdıqdan sonra aeroportun perimetri xaricində yerə çırpılıb”.
TimesNow telekanalı isə bildirib ki, sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 110 nəfər ölüb.
Lalə,
BakuPost