Ru
16:35 / 18 Fevral 2020

Daha bir məntəqənin nəticələri ləğv olundu

1378
MSK-nın iclasında daha sonra 123 saylı Kəlbəcər seçki dairəsi üzrə namizəd olmuş Əziz Qənbərovun şikayətinə baxılıb.

BakuPost xəbər verir ki, MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətçi həmin seçki dairəsi üzrə protokolların tərtibi zamanı pozuntulara yol verildiyini, qutulara topa şəkildə bülletenlərin atıldıdığını bildirib:

“O, öz şikayətində bütövlükdə dairə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməli olduğunu bildirib. Ancaq bu şikayətdə seçicilərin iradəsinə təsir edə biləcək hallar müşahidə edilməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkarlanıb. Həmin məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması üçün əsaslar yaranıb”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər