Ru
13:08 / 26 Oktyabr 2025

Daha bir məşhurun qızı açıqlama yaydı: Özüm qazanmışam!

Daha bir məşhurun qızı açıqlama yaydı: Özüm qazanmışam!
Eye

Tanınmış şair baba Vəziroğlunun qızı Günay Məsimova sosial şəbəkə hesabında adının məmur qızı ilə qarışdırılmasından dolayı açıqlama yayıb.

Bakupost.az xəbər verir ki, Günay Məsimova atasının adının Baba olduğunu xüsusi vurğulayıb.

“Mən Günay Məsimova BABA qızıyam. Atam Baba Vəziroğludur, şair, yazıçı, yaradıcı insan. Özüm isə Bakı Təhsil Məlumat Mərkəzinin direktoruyam, xaricdə təhsillə məşğulam.

Zəhmətkeş ailənin zəhmətkeş qızıyam, mənə aid olan hər şeyi özüm qazanmışam, necə ki atam, anam və bütün nəslim də belə edib həmişə.

Ölkə xaricində və daxilində heç bir milyonum, yaxud milyonlarım yoxdur, bütün İngiltərə, London səfərlərim iş xarakteri daşıyır.

Bunları açıqlama səbəbim son günlər mediada Günay Məsimova adının hallanmasıdır. Eyni ad və soyadla başqa bir məmurun qızından söhbət getdiyi halda mənim və yoldaşımın şəkilləri media tərəfindən yayılır və insanların, hətta dost-tanışın müzakirələrinə səbəb olur.

Media işçilərinə məsləhət - xəbərləri kopyalamaq yox, araşdırma aparmaq lazımdır. Günay Məsimova yazıb, axtarış verərkən mənim adım çıxırsa, “məşhur atanın məşhur qızı” yazısını yazıb bizi ləkələmək üçün səbəb deyil.

Şükür ki, bizim məşhurluğumuz yalnız gözəl məşhurluqdur, şerlə, sənətlə, düzgün iş və əməllə”, - o bildirib.

Şair Baba Vəziroğlu da bu postu paylaşaraq, əlavəsini edib:

“Bu yazını oxuyan media nümayəndələrinə salam olsun. Qızım Londonda media və jurnalistlika oxuyur, o gün olsun bitirib qayıtsın, sizə dərs keçsin bir az”.

Qeyd edək ki, xarici ölkədə külli miqdarda vəsaiti oğurlandığı bildirilən Günay Məsimova AMEA prezidenti İsa Həbibbəylinin qızıdır.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar