Son zamanlar Türkiyədəki toy mərasimlərində zəhərlənmə halları adiləşib. Bu dəfə Kayseridəki ziyafətdə 74 nəfər qonaq yeməkdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, İydəcik məhəlləsində günorta saatlarında keçirilən toy mərasimində bəzi qonaqlarda ürəkbulanma və qusma baş verib. Mərasimdə iştirak edənlərdən 74 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb.
Qonaqlar göstərilən tibbi yardımdan sonra evə buraxılıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb. Toyda qonaqlara verilən yemək və içkilərdən nümunə götürüldüyü bildirilir.
Qeyd edək ki, iki gün əvvəl Trabzonda keçirilən toy mərasimdə 100 nəfər qonaq toyuqlu plovdan zəhərlənmişdi.