“İki ölkə arasındakı gərginlik Rusiyadan Ermənistana verilən qazın kəsilməsi ilə nəticələnə bilər”.
Bakupost.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Elektrik və su kəsintiləri, gözlənilən qaz kəsintiləri ilə bizi qaranlıq və soyuq qışa hazırlayırlar. Texnologiya sadədir: əsas daxili prioritetlərdən məhrum olan ictimaiyyəti başqa bir xarici güzəştə inandırmaq daha asandır”, - ekspert bildirib.
Danielyan qeyd edib ki, bundan sonra Ermənistan qaz və elektrik enerjisi almaq üçün Azərbaycan və Türkiyə ilə danışıqlara başlayacaq. Politoloq İrəvanın artıq buna hazır olduğunu iddia edib.