19:21 / 10 Sentyabr 2021

"Davam" "Eurasia Global" Beynəlxalq Gənclər Forumunda təmsil olunub

637
Rusiya Federasiyasının Gənclərlə İş Agentliyi (Росмолодежь), Orenburq vilayət hökuməti və Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə, UNESCO-nun himayəsi altında 2-8 sentyabr 2021-ci il tarixlərində Orenburqda "Eurasia Global" Beynəlxalq Gənclər Forumu keçirilib.

Bakupost.az xəbər verir ki, 6-cı dəfə keçirilən “Eurasia Global” Beynəlxalq Gənclər Forumunda 80 ölkədən 500-dən çox gənc lider iştirak edib. Forumun məqsədi Rusiya Federasiyasında yaşayan gənclərlə xarici ölkələrdə yaşayan gənclər arasında təcrübə yönümlü dialoq üçün platforma rolunu oynamaqdır.

Qeyd edək ki, bu il "Davam" Gənclər Hərəkatı sözügedən forumun yerli tərəfdaş təşkilatı olub və forumda hərəkatın sədri Nihad Allahyarlı və baş katib Nigar Aslanova ölkəmizi təmsil edib. Onlar forum müddətində müxtəlif panel müzakirələri, təlimlər və masterklaslarda iştirak ediblər.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər