Ru
16:35 / 05 İyul 2017

Dənizdə boğulma halları niyə çoxalıb?

Dənizdə boğulma halları niyə çoxalıb?
Eye

İyulun 5-nə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 26 nəfəri xilas edib.



Bu barədə Modern.az-a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov məlumat verib.



O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı 4 nəfər olub:



"Ümumilikdə çimmək üçün müəyyən olunmuş ərazilərdə suda batma halı qeydə alınmayıb. Gündəlik kütləvi informasiya vasitələrində verilən suda batma hallarına gəlincə, onlar qeyri-çimərlik ərazilərində baş verib”.

 

E.Həsənov suda batma hallarının başvermə səbəblərinə də aydınlıq gətirib:



"Vətəndaşların küləkli hava şəraitində, günün qaranlıq saatlarında suya daxil olması, qeyri-çimərlik ərazilərdə çimmələri nəticəsində suda batma, boğulma halları baş verir”.

 

Qurum rəsmisi çimərliklərdə təhlükəsizlik qaydalarını da açıqlayıb:



Çimərlikdə təhlükəsizlik qaydaları



Çimərlikdə qadağandır:

- Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!

- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

- Küləkli havada dənizə girmək!

- Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!

- Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!

- Suda kobud hərəkətlər etmək!

- Çimərliyi məişət və digər tullantılarla zibilləmək!

- Çimərliyə ev heyvanlarını gətirmək!

- Çimərlikdə balıq tutmaq!

- Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!

- Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!



Yadda saxlayın!



- Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!

- Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!

- Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!

- Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!

- Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!

- Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!

 

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar