Ru
19:21 / 09 Avqust 2025

İlham Əliyev Mirziyayevə zəng etdi

İlham Əliyev Mirziyayevə zəng etdi
Eye

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevə zəng edib.

Bakupost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında iyulun əvvəlində Şövkət Mirziyayevin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr, əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bundan sonra atılmalı olan addımların Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına və onun ratifikasiyasına zəmin yaradacağı qeyd edilib.

Prezident İlham Əliyev bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb, həmçinin regional nəqliyyat bağlantıları ilə əlaqədar razılaşmaların vacibliyini bildirib.

Şövkət Mirziyayev öz növbəsində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bunun bütün regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı sərmayələrin, o cümlədən Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələr, SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında imzalanmış Pay Bölgüsü Sazişinin önəmi vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar