Ru
08:37 / 01 Avqust 2020

Deputat 5 ayda Milli Məclisdən aldığı pulu açıqladı - 20 min manat

2055
"Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Maaşdan başqa gəlirim yoxdur".

"BakuPost"un məlumatına görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli bildirib. Deputat Qurban bayramı münasibəti ilə onlara verilən 549 manatlıq əlavə ödəniş barədə "Facebook" səhifəsində yazıb. Hesabatında o qeyd edib ki, bu da ortalama, aya 3.3 min edir.

"Xərclərim:
1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);
2) 2,400 (anamın evində təmir işləri);
3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 ildi sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);
4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);
5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)
Bu statusun yazıldığı anda maaş kartımda 9,860 manat 59 qəpik var.
Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər