Ru
16:59 / 13 Oktyabr 2021

Diaqnostik qiymətləndirmədə nə qədər şagird iştirak edib?

Diaqnostik qiymətləndirmədə nə qədər şagird iştirak edib?
Eye

​Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)​ tərəfindən II-IX siniflər üzrə keçirilən ikigünlük diaqnostik qiymətləndirmə başa çatıb.

İdarədən Bakupost.az -a verilən məlumata görə, paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələri şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 13​ 100 şagird iştirak edib.

Şagirdlərə ibtidai siniflər üzrə 20, V siniflər üzrə 30, VI siniflər üzrə 40, VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.

Riyaziyyat, xarici dil və tədris dili üzrə ibtidai siniflər 40, V siniflər 60, VI siniflər 80, VII siniflər 90, VIII-IX siniflər isə 120 dəqiqə vaxt ərzində sualları cavablandırıblar.

Qeyd edək ki,​ diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

Sevinc
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar