Ru
23:10 / 19 İyun 2026

İsveçrə nasist simvollarının ictimai istifadəsini qadağan edəcək

İsveçrə nasist simvollarının ictimai istifadəsini qadağan edəcək
Eye

İsveçrənin Federal Şurası nasist simvollarının ictimai istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyərək parlamentə təqdim edib.

Bakupost.az xəbər verir ki, bu barədə hökumətin yaydığı bəyanatda bildirilir.

Qanun layihəsinə əsasən, nasist salamı və nasizmlə əlaqələndirilən digər simvollar, jestlər, şüarlar qadağan ediləcək.

Hazırda İsveçrədə bu cür simvollardan istifadəyə görə yalnız həmin şəxsin nasist ideologiyasını təbliğ etdiyini sübut etmək mümkün olduqda cəza tətbiq edilir. Hakimiyyət orqanları bunu qanundakı boşluq hesab edir və yeni qanunla aradan qaldırmağı təklif edir.

Qaydanı pozan şəxslər 200 İsveçrə frankı (təxminən 247 ABŞ dolları) məbləğində cərimələnəcəklər.

Bununla yanaşı, təhsil, elm, mədəniyyət və jurnalistika fəaliyyəti üçün istisnalar nəzərdə tutulur. Neo-nasistlərin gizli məqsədlərlə istifadə etdikləri rəqəmsal kodlar isə qadağan olunmuş simvollar siyahısına daxil edilməyəcək.

Federal Şura vurğulayıb ki, belə bir qanunun qəbul edilməsinin səbəblərindən biri də ölkədə antisemit hadisələrin sayının artmasıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar