Ru
10:59 / 03 Noyabr 2025

DİM bu tarixdə imtahan keçirəcək

DİM bu tarixdə imtahan keçirəcək
Eye

Noyabrın 5-i Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı keçiriləcək.

DİM-dən Bakupost.az -a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.


İmtahan saat 09:00-da başlanır.

“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Şərhlər
  • İlham

    Bir saat qalmışdan-- nədir.))) İmtahanın başlanmasına bir saat əvvəl .......

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar