Ru
13:25 / 03 Noyabr 2025

Bakıda dəhşətli qəzaların anbaan GÖRÜNTÜLƏRİ

Bakıda dəhşətli qəzaların anbaan GÖRÜNTÜLƏRİ
Eye

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda sürücü diqqətsizliyinin səbəb olduğu bəzi qəzaların görüntülərini yayıb.

Bakupost.az xəbər verir ki, məlumatda hadisələrə səbəb olan amillərdən biri kimi sürücülərin ehtiyatsızlığı əsas göstərilib.

“NİİM-in müşahidə kameralarının qeydə aldığı qəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondan istifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansı fəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur. Hərəkət zamanı qarşıdakı avtomobil qırmızı işıqda dayandıqda, piyadaya yol verdikdə və ya gözlənilməz maneə yarandıqda, sürücünün diqqətinin cəmi bir neçə saniyəlik yayınması qəzanı qaçılmaz edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri bir daha diqqətli olmağa çağırır: Hərəkət zamanı sükan arxasında telefondan istifadə etməyin, fikrinizi yalnız yola və nəqliyyat vasitəsinin idarə edilməsinə yönəldin”, – deyə, məlumatda qeyd edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar