Ru
14:24 / 01 May 2026

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında - VİDEO

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında - VİDEO
Eye

Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, Memorialın bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edildiyi bildirilib.

Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar